Futbol üzrə İtaliya milli komandasının baş məşqçi postu uğrunda mübarizənin əsas favoriti adlandırılıb

Sankt-Peterburq “Zenit”inin və “Napoli”nin sabiq çalışdırıcısı Luçano Spaletti İtaliya millisinin baş məşqçisi postu uğrunda mübarizənin favoritidir. Bu barədə jurnalist Nikolo Şira Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, İtaliya Futbol Federasiyası (FIGC) Spalettiyə üstünlük verir. Onunla 2026-cı ilə qədər müqavilə imzalana bilər, lakin keçid üçün o, keçmiş klubu Napoliyə 3,2 milyon avro məbləğində sərbəst qalma haqqı ödəməlidir.FIGC ödəmək istəmir. Avqustun 15-də tərəflərin həll yolu tapmağa çalışacağı danışıqlar aparılacaq.

Avqustun 13-də Roberto Mançini İtaliya millisinin baş məşqçisi postunu tərk edib. O, 2018-ci ildən 2023-cü ilə kimi komandaya rəhbərlik edib və onu 2020-ci il Avropa çempionatında qələbəyə gətirib çıxarıb.Həlledici görüşdə italyanlar İngiltərəni penaltilər seriyasında məğlub ediblər.

Mənbə: TRT Sport

Related Post