Futbolçu Ronaldinyo maliyyə piramidası yaratmaqda şübhəli bilinirbackend

Məşhur braziliyalı futbolçu Ronaldinyo kriptovalyutadan istifadə edərək fırıldaqçılıqda şübhəli bilinir. Bu barədə Globo məlumat yayıb.

Nəşrin məlumatına görə, prokurorluq Ronaldinyoya məxsus 18K şirkətinin maliyyə piramidası olduğunu düşünür. Təşkilat müştərilərə kriptovalyutalarla əməliyyatlara əsaslanaraq gündə 2%-ə qədər gəlir vəd edib. Ronaldinyo ifadə vermək üçün çağırılıb, lakin məhkəməyə gəlməyib. Daha sonra polis keçmiş futbolçunun pasportunu ələ keçirmək üçün onun evində axtarış aparıb. İndi o, məhkəməyə sənədlə təkbaşına gəlmək məcburiyyətindədir. Artıq müstəntiqlər məhkəmədən braziliyalının istintaq zamanı ölkədən çıxışına qadağa qoyulmasını istəyiblər.

Ronaldinyo Braziliya yığması ilə 2022-ci il Dünya Çempionudur. 2004 və 2005-ci illərdə o, FİFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib. 2005-ci ildə braziliyalı “Qızıl top”u qazanıb. Müxtəlif vaxtlarda “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense”, “Paris Sen-Jermen”, “Barselona” və “Milan”da çıxış edib. Ronaldinyo 2015-ci ildə təqaüdə çıxdı.

Mənbə: Lenta.ru