Futbolçular təcili tibbi yardım maşınını itələmək məcburiyyətində qaldı – VİDEObackend

Portuqaliyada keçirilən “Braqa”- “Portu”(1:1) oyununda gözlənilməz hadisə baş verib.

“The Sun” nəşri xəbər verir ki, oyunun ikinci hissəsində “Braqa”nın futbolçusu David Karmo zədələnib.

Müdafiəçini meydandan təxliyə etmək üçün təcili yardım maşını çağırılıb.

Lakin nasazlıq səbəbindən maşın hərəkət edə bilməyib.

Nəticədə hər iki komandanın oyunçuları onu itələmək məcburiyyətində qalıb.