Futboldan uzaqlaşdırılan azərbaycanlı hakim taksi sürürbackend

Futboldan uzaqlaşdırılan Rauf Allahverdiyev artıq Bakıda tanınmış taksi şirkətlərin birinə müraciət edib.

Oxu.Azİdmanxəbər.az-a istinadən xəbər verir ki, Rauf Allahverdiyev Sənədləşmə işlərinin ardından yeni işinə start verəcək.

Xatırladaq ki, referi hakimlikdən uzaqlaşdırılmasını ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsilə əlaqələndirmişdi. Daha sonra AFFA Allahverdiyevi federasiyanın işgüzar imicinə xələl gətirən açıqlamaları səbəbindən onunla yeni müqavilə uzadılmadığını açıqlayıb.