Füzuli-Ağdam yolunda ağır qəza baş veribbackend

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.