Füzuli hava limanına ilk sınaq reysi həyata keçirildi – ÖZƏL FOTOLARbackend

İşğaldan azad edilmiş Füzulidə  yeni  tikilən beynəlxalq hava aeroportuna Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki sərnişin təyyarəsi uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir. 

Yeni aeroport bir saata 250-300 sərnişin qəbul etmək imkanına malik olacaq. Hava limanının eniş zolağının uzunluğu 3 min metr,  eni 60 metr olacaq. Hava limanının perronunun sahəsi isə 60 min kvadrat metr təşkil edəcək. Təyyarə dayanacağı 8 hava gəmisi üçün nəzərdə tutulub.

Eniş zolağının tikintisi Azvirt MMC tərəfindən inşa olunub. Hava limanının tikntisində toplam 350 nəfər iştirak edib.

Hava limanı uçuş kütləsi 400 ton olan təyyarələri qəbul edə biləcək. Airbus-380 və Boeing-487  təyyarələdən başqa  bütün sərnişin təyyarələrı bu hava limanına enə biləcək. Hava limanı həmçinin müasir və beynəlxalq standartlara cavab verən naviqasiya sistemi ilə təchiz edilib.

“SSRİ vaxtı Füzulidə kiçik və yerli uçuşları həyata keçirən hava limanı olub. Amma işğal dövründə tamam dağıdılıb.  Burada keç nə qalmamışdır. Nə aeroport binası, nə də eniş zolağı yox idi. Hamısı dağılmışdı”, – deyə AZAL-ın hava limanlarının ekspluatasiyası bölümünün rəis müavini Valeh Miraslanov vurğulayıb.

Onun sözlərinə görə, hava limanının  tikintisi üçün Füzulidə  hava limanından 8 kilometr aralıda bir beton və iki asfalt beton zavodu tikilib. Asfalt beton zavodlarından birinin gücü saatda 300 ton, digərinin isə 150-160 tondur.

Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb və bu ilin sonuna kimi tam həcmdə işə salınacaq.

Valeh Miraslanovun sözlərinə görə, bu Şuşaya hazırda ən yaxın hava limanı olacaq. “Yeni yol tikintisi bitəndən sonra Füzulidən bu yolla Şuşaya 1 saata getmək mümkün olacaq. Füzulidən Şuşaya bu yolla məsafə 80 kilometr təşkil edəcək”, – deyə AZAL rəmisi bildirib.

Onun sözlərinə görə, aeroportun binasının tikintisi zamanı Avropa və ABŞ istehsalı olan materiallardan istifadə edilib.  İATA ( International Air Transport Association) tərəfindən hava limanı bəyənilib.
Hava limanının tikintisi üçün 250 hektar ərazi  minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib.