44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri ölkəmizin əsas prioritet istiqamətlərindən biridir. Bu prosesdə gənclərin fəal iştirakı “Gənclər Qarabağda” layihəsi vasitəsilə təşviq olunur.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Qarabağ Gənclər Birliyi” dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Qubadlı rayonuna səfər edən gənclər Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları ilə görüşüblər.
Görüş zamanı gənclərə Qubadlıda aparılan infrastruktur layihələri, yaşayış komplekslərinin tikintisi və bölgənin sosial-iqtisadi inkişaf planı haqqında ətraflı məlumat verilib.
Layihə gənclərin Qarabağın bərpasında iştirakını təşviq etməklə yanaşı, onların milli qürur hissini gücləndirib və bölgənin gələcək inkişafında fəal rol almağa ruhlandırıb.












