Füzulidə qəzada 10-cu sinif şagirdi öldübackend

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini Ramil İbayev idarə etdiyi VAZ-2107 markalı 90-FD-419 dövlət nömrə nişanlı avtomobillə qarşıda gedən traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində həyatını itirib.

Ağır xəsarət alan sürücü Ramil İbayev isə Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.