Rio-de-Janeyroda keçirilən G20 sammitinə qatıldıqdan sonra döş qəfəsi ağrısı ilə xəstəxanaya yerləşdirilən Paraqvay prezidenti Santiaqo Pena özünü yaxşı hiss edir.
Bunu ölkənin vitse-prezidenti Pedro Aliana X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“O özünü yaxşı hiss edir və test nəticələrini gözləyir” dedi Alyana.
Vitse-prezident Pena ilə şəxsən danışdığına aydınlıq gətirib.
Última Hora portalı qeyd edib ki, Paraqvay prezidenti ürəyin üstündə yerləşən prekordial nahiyədə ağrı hiss edib. Elektrokardioqramma aparıldıqdan və anormallıqlar aşkar edildikdən sonra o, Rio-de-Janeyrodakı Samaritano özəl xəstəxanasına aparılıb. Pena növbəti 24 saat ərzində tibbi müşahidə altında qalacaq.