G7 ölkələri Rusiya almazlarının ticarətini məhdudlaşdıracaq

G7 ölkələri Rusiya Federasiyasında hasil edilən, emal edilən və ya istehsal olunan almazların ticarətini və istifadəsini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Bu barədə TASS G7-nin bəyanatına istinadən xəbər verir.

Bundan əvvəl məlum olub ki, Böyük Britaniya Rusiya ilə əlaqəli 86 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Böyük Britaniyanın baş naziri Rişi Sunak da Rusiya mənşəli almaz, mis və nikelin idxalına qadağa qoyulduğunu açıqlayıb.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Avropa İttifaqı tərəfindən rus almazlarının idxalını məhdudlaşdırmaq planlarını açıqlamışdı. O qeyd edib ki, hazırda Aİ-də sanksiyaların növbəti raundu ilə bağlı müzakirələr gedir, lakin Belçika hökumətinin Rusiya almazlarının ticarəti ilə bağlı tədbirlərin sərtləşdirilməsinə dair razılaşmanı təsdiq edib-etməməsi sualına cavab verməkdən yayınıb.

Mənbə: TASS

Oxşar xəbərlər