Xirosima sammitində G7 ölkələri Rusiyanın münaqişədə məğlubiyyətinə nail olmaq üçün Ukraynaya uzunmüddətli hərbi, maliyyə, humanitar və diplomatik dəstək vəd ediblər.
TASS xəbər verir ki, bu barədə G7 liderlərinin Ukraynadakı bəyanatında deyilir.
“Biz Rusiyanın suveren Ukraynaya qarşı qanunsuz təcavüzünün məğlubiyyətini təmin etmək üçün yeni tədbirlər görürük. Biz Ukraynaya lazım olan müddətdə maliyyə, humanitar, hərbi və diplomatik yardım göstərmək öhdəliyimizi bir daha təsdiqləyirik”, – G7 ölkələri elan ediblər.
Bəyanatda həmçinin qeyd edilir ki, G7 ölkələri beynəlxalq ictimaiyyətlə birlikdə “Ukraynaya 2023-cü il və 2024-cü ilin əvvəli üçün ehtiyac duyduğu büdcə dəstəyini təmin ediblər”.
Mənbə: TASS

