Gecələr oyaq qalmağın yeni təhlükəli nəticəsi məlum olubbackend

Arizona Universitetinin alimləri müəyyən ediblər ki, intihar riski gecə saatlarında zirvəyə çatır. Bütün intihar hallarının 19%-i gecə saatlarında baş verir. Araşdırmanın nəticələri Journal of Clinical Psychiatry (JCP) jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər 2003-2017-ci illər arasında ABŞ-da baş vermiş 78 min intihar və 50 min qətllə bağlı məlumatları təhlil ediblər. Onlar aşkar ediblər ki, intiharların təxminən 19%-i və qətllərin 36%-i gecə saatlarında baş verir. Həmçinin məlum olub ki, səhər saat ikidən üçə qədər olan dövr özünün və ya başqasının həyatına son qoymağa yönəlmiş fəaliyyətin zirvəsidir.

Tədqiqatçılar izah etdilər ki, bu iki məhrumiyyət növü arasında ortaq bir amil (gecələr oyaq olmaq) impulsiv davranışa səbəb ola bilər. Elm adamları gecələr yuxusuzluğun qərar qəbul etmək üçün cavabdeh olan beynin mürəkkəb koqnitiv funksiyalarını pozduğunu, həmçinin mənfi əhval-ruhiyyənin pik həddə çatdığı dövrdə rasional təfəkkürün zəiflədiyini irəli sürüblər. Başqa sözlə, gecə insan şüurunun dəyişməsi deyilən bir vəziyyətdədir və öz hərəkətlərinin nəticələrini düzgün qiymətləndirə bilmir.

Mənbə: Haber.com