Geely Motors mühərrik nasazlığının mümkün səbəbini açıqlayıbbackend

Geely Motors mühərrik nasazlığının mümkün səbəbini açıqlayıb.

Şirkətdən verilən məlumata görə, Geely Motors mühərrik idarəetmə blokunun proqram təminatının yenilənməsinə yönəlmiş xidmət kampaniyası keçirir.

“Bu tədbirlər avtomobillərin istehlak xüsusiyyətlərini yaxşılaşdırmaq və mühərriklərin Rusiya Federasiyasında istifadə olunan yanacağın tərkibində və keyfiyyətində potensial dəyişikliklərə uyğunlaşma qabiliyyətini artırmaq üçün həyata keçirilir”, – Geely bildirib.

Əlavə etdilər ki, bu, xüsusən də Monjaro modelinə aiddir.