“Gələcəyimizin sığortası- İctimai Səhiyyə” layihəsinə yekun vuruldubackend

İdeal Gələcək Gənclər İctimai Birliyi  Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcəyimizin sığortası- İctimai Səhiyyə” layihəsinə yekun vurdu.

İcbari Tibbi sığorta Agentliyinin tərəfdaşı olduğu layihənin əsas məqsədi İcbari Tibbi Sığortanın xidmət zərfinin əhali qrupu arasında geniş təbliği və səhiyyə sahəsində ictimai vəkillərin formalaşdırılmasıdır.

İctimai Birliyin sədri Sara Qarayeva bildirmişdi ki ,layihə müddətində aparılan təbliğat işlərinin nəticəsi olaraq daha çox əhalinin xidmət zərfləri haqqından məlumatlı olması təmin edilmişdir . Beləki hal hazırda tibbi sığortanın təklif etdiyi bütün ödənişsiz xidmətlər haqqında video roliklər hazırlanmışdır.Nəticələr sırasında olan vacib məqamlardan biri də əhalini vaxtında profilaktik müayinəyə cəlb etmək üçün xidmətlər zərfini təklif edən dövlət və  özəl klinikaların da təbliğatı həyata keçirildi.

Qeyd edək ki , layihə çərçivəsində sosial şəbəkələrdə  Sorğular zamanı Sualların spesifik istiqamətinə uyğun olaraq, tibbi sığorta sahəsindəki ekspertlər və həkimlərdən 10 video müsahibələr alınaraq sual-cavab kontenti şəklində sosial şəbəkələrdə paylaşılmışdır.