Gələn il Azərbaycanda orta aylıq pensiya 400 manatdan yuxarı olacaqbackend

Gələn ildən Azərbaycanda orta aylıq pensiya artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat ətrafında olacağını göstərir.