2 Fevral – Gənclər Günü ərəfəsində Bakı şəhəri 307 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər növbəti uğura imza atıblar.
Məktəbin 11 “Ç” humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinfindən 10 nəfər şagird Respublika Fənn Olimpiadasının yarımfinal turuna vəsiqə qazanıb.
Şagirdlər fənn müəllimi Sərxan Şahverdiyevin rəhbərliyilə olimpiadaya hazırlaşıblar. Əldə olunan nəticə şagirdlərin bilik səviyyəsinin, məqsədyönlü hazırlığın və müəllim-şagird əməkdaşlığının göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Respublika Fənn Olimpiadası istedadlı şagirdlərin aşkar olunması və onların inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilir.














