Gənc müğənni Rövşanə Kərimduxt mükafatlandırılıbbackend

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə gənc müğənni Rövşanə Kərimduxt mükafatlandırılıb.

İctimai.az xəbər verir ki, “SMART PEOPLE AWARDS” layihəsi çərçivəsində gənc müğənni Rövşanə Kərimduxt “İLİN YARADICI GƏNCİ” nominasiyasına layiq görülüb.

Gənc müğənni Rövşanə Kərimduxt Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. Hazırda Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirir. Gənc müğənni Rövşanə Kərimduxt azərbaycan, ingilis, rus, portuqal, ispan, italyan və türk dillərində musiqilər ifa edir.

“SMART PEOPLE AWARDS” layihəsinin məqsədi öz sahəsində fərqlənən, yadda qalan, töhvə verən və uğurlu fəaliyyət göstərən şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə təqdim olunmasıdır. Mükafatçılar təşkilat komitəsi tərəfindən, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilir. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə öz sahəsi üzrə təqdim olunur.

İctimai.az