Gənc Sahibkarlar Klubunun koordinatorunun “Sahibkarlar Günü” münasibəti ilə təbrikibackend
Ölkəmizdə korono virus pandemiyası dövründə ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək, həmçinin mikro sahibkarkıın orta və iri sahibkarlığın inkişafı üçün dövlətimiz tərəfindən uğurlu tədbirlər planı həyata keçirilmişdir.
Ölkə başçısı, möhtərəm cənab prezidentin sahibkarlığın inkişafına dəstək məqsədi ilə verdiyi göstərişlər və yaradılmış Operativ Qərargahın fəaliyyəti bir daha göstərdi ki, dövlətimizin güclü dayaqları var və güclü siyasi iradəyə malikdir.
Xüsusi ilə Sahibkarlar vergi güzəştlərinin tədbiq edilməsi və bu prossesin 2021-ci ildə əhatə etməsi çox önəmli addımdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, qlobal pandemiyanın beynalxaq iqtisadiyyata vurduğu zərər ölkə iqtisadiyyatına da mənif təsir etmişdir. Buna baxmayaraq, dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması istiqamətində 2.5 milyard manat pul ayrılması makro və mikro iqtisadi dinamikanın saxlanılmasına imkan vercək. Bununla yanaşı, vətəndaşlara yönəlmiş sosial iqtisadi paketlərin tədbiqi az təminatlı ailələrə ödənilən birdəfəlik vəsaitlər vətəndaşların rifah halının yaxşıladırılması istiqamətində həyata keçirilmiş mütərəqqi adımdır. Xüsusi ilə ölkəmizdə koronovirus pandemiyası dövründə dövlətin vətəndaşlara göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab prezidentin “hər bir vətəndaşın sağlamlıqı hər şeydən üstündür” ifadəsi dövlət-vətəndaş münasibətlərinin və ümumən ölkənin post pandemiya dövründə hazırlıqının göstəricisidir. Sahibkarların xüsusi ilə dövlət təşəbbüslərinə göstərdikləri dəstək koronavirus fonduna ayırdıqları yardımlar cəmiyyətimiz tərəfindən müsbət qqrşılanır. Bizlər bir daha şahidi oldu ki, dövlətlə xalqın vəhdəti istənilən problemin öhdəsindən gəlməyə hazırdır.
Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru 25 Aprel “Sahibkarlar Günü” münasibəti ilə ölkəmizdə fəliyyət göstərən sahibkarları təbrik edir, onlara ölkəmizin inkişafı və tərəqqisi naminə səmərəli fəaliyyətlərində uğurlar arzulayıram. Həmçinin ölkəmizin üzləşdiyi bu çətin günlərdə dövlətimizin özəl sektorun dayanıqlı inkişafı üçün atdığı addımları müsbət qiymətləndirir, görülən işlərə və yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru: Anar Sarıyev 
İctimai.az