Gəncə gəncliyinə verilən dəyərbackend

02.02.2020-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “2 fevral – gənclər günü” ilə əlaqədar keçirdiyi tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən 2019-cu ildəki uğurlu ictimai-siyasi fəaliyyətimə görə təltif olundum. Mükafatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə təqdim edib.

Bu mükafat ölkə başçımızın, cənab Prezidentimizin gənclərə, xüsusəndə Gəncə gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, ölkə başçımız hər zaman gənclərin fərdi inkişafının yüksəldilməsinə, maarifləndirilməsinə və dövlətçiliyimizin təbliği istiqamətində fəaliyyətinə böyük diqqət göstərir.

Gənclər də əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriliən dövlət gənclər siyasəti adı altında birləşərək, daha güclü Azərbaycan naminə çalışırlar.. Bu gün Azərbaycan gəncliyi dünyanın aparıcı ölkələrində keçirilən tədbirlərdə ən ali tiribunalardan çıxış edərək ölkəmizi uğurla təmsil edir.

Ümumilli Liderimiz deyib ki, bu günün gəncliyi, sabahın gələcəyidir! Bizdə gənclər olaraq bizə olan etimadı doğrultmaq üçün və güclü Azərbaycan naminə hər zaman çalışacağıq.

Yaşasın Azərbaycan gəncliyi!

İctimai.az