Gəncə İcra Hakimiyyətinin işçisi küçədə qəfil öldübackend

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.