“Gəncə Maarif Evi” İctimai Birliyi tərəfindən “Yaşlılara dəstək ” kampaniyası keçirilibbackend

27.03.2020 tarixində Gəncə şəhərində Gəncə Maarif Evi İctimai Birliyi tərəfindən Karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-dən yuxarı olan kimsəsiz yaşayan şəhərin yaşlı sakinlərinə dəstək məqsədilə “Yaşlılara dəstək ” kampaniyası keçirilib. 
Gəncə Maarif Evi İB-in təşkilatı dəstəyi ilə keçirilən kampaniyaya əsasən Gənc Maarifçi könüllülər tutulmuş siyahıya əsasən kimsəsiz yaşayan ahıl insanların evlərinə baş çəkərək onlara müəyyən ərzaq ve gündəlik tələbatlarını ödəyəcək müxtəlif məmulatlar verdilər. Və eyni zamanda yaşlı sakinlərin bu Karantin müddətində nəyəsə ehtiyacları olduqlarında daha asanlıqla öyrənmək üçün onlara əlaqə nömrəsi təqdim olunub.
‌Qeyd edək ki , Gəncə Maarif Evi Koronavirusla bağlı qabaqlayıcı tədbirləri nəzərə alaraq şəhərin müəyyən yerlərində qarşılarına çıxan hər sakinə maska və spirt paylayıblar.

İctimai.az