Gəncə və Göygöldə 85 ailəyə yardım edildi – Fotolarbackend

Bildiyiniz kimi qlobal miqyasında təsir gücü göstərən COVİD-19 koronavirus pandemiyası ölkəmizə də öz təsirini göstərməkdədir. Bu pandemiyanın ölkə ərazisində yarada biləcəyi təhlükəni, o cümlədən əhalinin sağlamlığına mənfi təsirni azaltmaq və qorumaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevnin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ qərargah yaradılmışdır. Bu qərargah vasitəsilə coxsaylı ciddi işlər görülmüş və ölkə ərazisində ciddi karantin rejimi tətbiq edilmişdir. Görülən qoruyucu qadağa tədbirləri ilə yanaşı dövlət, özəl və ictimai sektorlar tərəfindən pandemiyadan zərərçəkən əhalinin fərdi ehtiyaclarının ödənilməsi üçün coxsaylı tətbir və aksiyalar təşkil edilmiş, qayğı göstərilmişdir.

Növbəti belə tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial və İqtisadi Rifaha Yardım” İçtimai Birliyi tərəfindən həyata keçirildi. Tədbir çərçivəsində əsasən aztəminatlı olmaqla cəmiyyətin müxtəlif sosial təbəqəsindən Gəncə şəhərindən 50 və Göygöl rayonundan 35 ailələyə birdəfəlik ərzaq yardımı göstərilmişdir. Layihənin şəffavlığını, sosial məsafənin gözlənilməsini təmin etmək, eləcədə hər bir ailənin fərdi ehtiyacının olmasını, ərzaq məhsullarının keyfiyyətini və sair kimi məqamları nəzərə alınaraq çatdırılma formasına xüsusi yanaşma olmuşdur. Beləki, bəhrələnən ailələrin yaşadıqları inzibati ərazilərin mərkəzində fəalyyət göstərən böyük supermarketlərdən 50 manatlıq hədiyyə kartı alınaraq poçt vasitəsilə onların yaşadıqları ünvanlara göndərilmişdir. Ailələr ehtiyacları olan məhsulları hədiyyə kartı vasitəsilə müştəri qismində həmin mağazalardan satın alacaqlar ki, bu da qarşıya qoyulmuş məqsədə daha effektiv nail olmağa zəmin yaradır.

İctimai.az