Gəncədə 15 yaşlı yeniyetmə BIÇAQLANDI: Sinif yoldaşı saxlanıldıbackend

Gəncə şəhərində yeniyetməni bıçaqladığı ehtimal edilən şəxs müəyyən edilərək saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, 15 yaşlı yeniyetməni öz sinif yoldaşı bıçaqlayıbmış.

İyunun 5-də yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü şəxsin kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-ci il təvəllüdlü R.İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.