Gəncədə 22 yaşlı qız döyülərək öldürüldübackend

İyulun 19-da günorta saatlarında Gəncə şəhərində yerləşən fərdi yaşayış evində ailə münaqişəsi zəminində cinayət hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Səməd Cabbar oğlu Həsənovun yaşadığı ünvanda qızı, 2003-cü il təvəllüdlü Leylanı döyərək qətlə yetirdiyi ehtimal edilir.

Hadisəni törətməkdə şübhəli bilinir S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.