Gəncədə evdən 9-cu sinif şagirdinin meyiti aşkarlanıbbackend

Gəncədə yaşayış evindən 16 yaşlı oğlanın meyiti aşkar olunub.

Oxu.Az xəbər verir ki, 2009-cu il təvəllüdlü N.Səfərovun yaşadığı evdən meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, N.Səfərov 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.