Gəncədə gənc qızlar, evdar və tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəkləri, sahibkarlıq kursları və praktik əmək emalatxanaları təşkil olunurbackend

Azərbaycan Respublikası “Gəncə Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Öyrənək və işləyək” – Gəncədə gənc qızlar, evdar və tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəklərinin, sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili həyata keçirilir. Gəncə şəhərində 2 ay müddətində icra edilən kurslarda peşəyönümü sənəti 3 qrup (dərzilik, bərbərlik, aşpazlıq və kulinariya) üzrə həftənin bir günü olmaqla toplam 8 dərs həyata keçirilib. Məqsəd gənc qızları, ailə problemləri ilə üzləşmiş, sosial, iqtisadi çətinlikləri olan evdar və tək qalan qadınları peşəyönümü sənətə, kiçik biznesin təşkili qaydalarına yiyələndirməklə ehtiyaclarının qarşılanması, sahibkarlıq üzrə  bilik və bacarıqlarının formalaşdırılmasına yardım etmək, əmək emalatxanalarının yaradılması, öz bizneslərini təşkil etməklə ilkin məşğulluğunun təmin olunmasına dəstək olmaq, sosial dayanıqlı etmək olub.
9 sentyabr, 15 sentyabr, 22 sentyabr, 29 sentyabr, 06 oktyabr, 13 oktyabr, 20 oktyabr və 27 oktyabr 2022 – ci il tarixlərində Dərzi, bərbər, aşbazlıq və kulinariya sahəsi üzrə toplam 8  dərs həyata keçirilmişdir..
“Öyrənək və işləyək” – Gəncədə gənc qızlar, evdar və tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəklərinin, sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili çərçivəsində gənc qızları, sosial, iqtisadi çətinliklərlə, ailə problemləri ilə üzləşmiş gənc evdar və tək qalan qadınları peşəyönümü sənətə (dərzilik, bərbərlik, aşpazlıq, kulinariya) cəlb etmək üçün dərnəkləri təşkil etmək, sahibkarlıq bacarıq və vərdişlərinə yiyələndirmək, praktik əmək emalatxanalarında bilik və bacarıqlarını praktik olaraq təcrübədən keçirmək və ilkin məşğuliyyətlərini təmin etmək üçün Gəncə şəhərində gənc qızlar, evdar və tək qalan qadınlar üçün hər biri 10 nəfərdən ibarət 3 qrupda (30 nəfərə) 3 peşəyönümü sənəti üzrə dərzilik, bərbərlik aşpazlıq və kulinariya nəzərdə tutulsa belə yekun nəticədə kulinariya və aşbazlıq üzrə 14 nəfər, dərzilik üzrə 12 nəfər, Bərbərlik üzrə 14 nəfər  hər biri həftədə 1 dəfə olmaqla 3 qrupda 8 həftədə toplam 24 dərs kurslarının təşkil olunub. Sonunda  kulinariya və aşbazlıq üzrə 6 nəfər, dərzilik üzrə 7 nəfər, bərbərlik üzrə 7 nəfər işlə təmin olunub. Kulinariya və aşbazlıq üzrə 3 nəfər, dərzilik üzrə 2 nəfər, bərbərlik üzrə 4 nəfər öz şəxsi bizneslərini quracaqlarını söyləyiblər.
Mahiyyəti üzrə 40 nəfər xanıma kursları uğurla başa vurduqları üçün sertifikatlar verilib.