Gəncədə məktəblini bıçaqlayan şəxs saxlanılıbbackend

Gəncə şəhərində 21 nömrəli məktəbin şagirdləri arasında baş verən insidentlə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 10-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M.Hacıyevdir.