Gəncədə məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində şəhər sakini Rual Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb.
Prosesdə təqdimat təmin edilərək, F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.