Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunubbackend

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 1-ci korpusunda Novruz bayramı münasibətilə möhtəşəm bayram şənliyi keçirilib. Baharın gəlişini, birlik və həmrəyliyi əks etdirən tədbir müəllim və tələbə kollektivinin birgə zəhməti sayəsində səmimi və yaddaqalan bir günə çevrilib.

Tədbir boyu səslənən şən və maraqlı musiqilər, rəngarəng rəqslər və milli adətlərimizə uyğun hazırlanan səhnəciklər bayram ab-havasını daha da yüksəldib. Kosa və keçəl öz zarafatyana çıxışları ilə şənliyə xüsusi rəng qatıb, xoş əhval-ruhiyyə bəxş edib.

Şənlikdə qonaq qismində iştirak edən Vətən müharibəsinin iştırakçıları tədbirə xüsusi mənəvi dəyər qatıb.

Sonda Novruz ənənəsinə uyğun olaraq tonqal qalanıb, baharın gəlişi böyük coşqu ilə qeyd olunub. Hamı birlikdə “Yallı” rəqs edərək bayram sevincini paylaşıb.