Gəncədə “pulsuz qaz” izdihamı – Fotolarbackend

Gəncə şəhərinin müxtəlif yerlərində “pulsuz qaz” izdihamı yaranıb.

Səhər saatlarından etibarən şəhərin bir neçə yerində ödəmə aparatlarının önündə növbələr müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azəriqaz son ödəniş edən sakinlərə sonuncu ödədikləri məbləğ dəyərində pulsuz qaz yükləyir və bu məlumatı əldə edən şəhər sakinləri səhər saatlarından etibarən müvafiq ödəmə aparatlarının önündə dayanıblar.

Sakinlərdən aldığımız cavablar isə tamamilə fərqli olub. Belə ki, bəziləri kartlarına qeyd edilən pulsuz məbləğin yükləndiyini, digərləri isə qəbul edilmədiyini bildirir və ya məbləğ yüklənsə də, sayğaca yüklənmədiyini təsdiq ediblər.

“Azəriqaz” İstehsalat Birliyi isə bu məlumatları təkzib edib və bunun bir qrup şəxs tərəfindən yayılan, dezinformasiya olduğunu təsdiq edib.

Buna baxmayaraq, hazırda da şəhərin müxtəlif yerlərində kütləvilik müşahidə olunur.

İctimai.az saytı müxtəlif yerlərdən fotoları təqdim edir.