Gəncədə qohumlar arasında KÜTLƏVİ DAVAbackend

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs – 59 yaşlı Zakir Sadıqov saxlanılıb. Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanıb.

Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.