Gəncədə xəstəxanada vəfat edən azyaşlının ölüm səbəbi açıqlandı.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Martın 19-u saat 23:00-da 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub:
“Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı, digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:20-də ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.