Sinqapur Milli Universitetinin alimləri müəyyən ediblər ki, gənclər ən çox mədə-bağırsaq traktının xərçəngindən əziyyət çəkirlər.
Araşdırmanın nəticələri JAMA Network Open jurnalında (JAMA şəbəkəsinin bir hissəsi) dərc edilib.
Bir çox ölkələrdə gənclər arasında xərçəng xəstəliyinin artması bir sıra amillərlə əlaqələndirilə bilər: qidalanma, həyat tərzi və yuxu rejiminin dəyişməsi, piylənmə, antibiotiklərdən istifadə və havanın çirklənməsi.
Müəlliflər 17 müxtəlif məlumat bazasında ümumilikdə 562 145 gəncin tibbi qeydlərini təhlil ediblər. Ümumilikdə, 50 yaşa qədər insanlar arasında xərçəngə yoluxma halları o qədər artıb ki, 2010-cu illə müqayisədə 2019-cu ildə hər 100 min nəfərə əlavə olaraq 3 xəstəlik aşkarlanıb.
Mənbə: Haberler.com

