Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin siyasi təfəkkürünə doğru” adlı olimpiada keçirilirbackend
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin siyasi təfəkkürünə doğru” adlı olimpiada keçirilir. 
Azərbaycan Respublikasının Gənclər Fondunun 12-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “Gələcəyə Doğru” təşəbbüskar tələbə gənclər ictimai birliyi “Gənclərin siyasi təfəkkürünə doğru” adlı olimpiadanın icrasına başlayıb. Layihənin məqsədi gənclərdə siyasi elmlərə marağın artırılması və ictimai-siyasi proseslərlə bağlı məlumatlandırılmanın stimullaşdırılmasından ibarətdir.

Təşkilatdan verilən məlumata görə, olimpiadanın seçim mərhələsi artıq baş tutub. Seçim mərhələsində iştirak edən 200 gəncin arasında ən uğurlu nəticəni göstərən 50 nəfər finalda iştirak edəcək.

İctimai.az