Gənclər Fondunun maliyyə dəstəyi ilə layihə həyata keçirilirbackend

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Hüquqşünaslar Birliyi növbəti layihə həyata keçirir. Layihə çərçivəsində Gənc hüquqşünasın stolüstü kitabının təqdimatı edilmiş və görüşlər müddətində gənclər tərəfindən seçilmiş mövzularla hüquqşunaslarımız çıxış etmişdirlər. Görüşlər pandemiya və karantin qaydalarını nəzərə alaraq online platforma vasitəsi ilə keçirilmişdir. Kitab tələbələr, vəkillər, vəkilliyə və hakimliyə namizədlər, gənc hüquqşünaslar, o cümlədən geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur. Layihənin keçirilməsi Bakı şəhərində nəzərdə tutulsa da, karantin qaydaları nəzərə alınaraq online şəkildə keçirilmişdir. Online platformanın verdiyi imkanları nəzərə alaraq təqdimat görüşlərinə region gəncləri də cəlb olunmuş və bununlada layihənin əhatə imkanları genişlənmişdir. Qatılan gənclər görüşlər və müzakirələr nəticəsində hüquq sahəsində öz biliklərini artırmışlar. Layihə çərçivəsində “Gənc hüquqşunasın stolüstü kitabı” çap olunmuşdur. Görüşlərin yekununda kitablar region gənclərinə poçt vasitəsi ilə pulsuz çatdırılmışdır. Nəşr pulsuz yayılır, satıla bilməz.