“Gənclər Qarabağda” layihəsi Zəngilanda: Böyük Qayıdışa Gənclərin Dəstəyibackend

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra dövlətin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi olub.

Bu istiqamətdə həyata keçirilən “Gənclər Qarabağda” layihəsi çərçivəsində bir qrup gənc Zəngilan rayonuna səfər edib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Qarabağ Gənclər Birliyi” dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin məqsədi gənclərin Qarabağın bərpa və inkişaf proseslərində iştirakını təşviq etmək, onların bölgə ilə bağlı bilik və məsuliyyət hissini gücləndirməkdir.

Zəngilan rayonunda gənclər Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları ilə görüşərək “Ağıllı kənd” konsepsiyası çərçivəsində Ağalı kəndində görülən işlərlə tanış olublar. Gənclərə müasir yaşayış infrastrukturunun qurulması, ekoloji balansın qorunması və dayanıqlı kənd modelinin tətbiqi barədə ətraflı məlumat verilib.

Bu səfər gənclərin “Böyük Qayıdış” prosesinə marağını artırmaqla yanaşı, Qarabağın gələcək inkişafında onların fəal iştirakını təşviq edib.