Olimpiya Hərəkatı və İdman Muzeyi kimi inşasına başlanmış tikili Gənclər və İdman İdarəsi binasına çevriləcək.
Oxu.Az xəbər verir ki, İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.
Bildirilib ki, bununla bağlı tikinti işlərinin davam etdirilməsinə başlanılır.
Nazirlik işlərinin icrası ilə bağlı “İnşaatçı 3” şirkəti ilə müqavilə bağlayıb. Bu razılaşma əsasında, Olimpiya Hərəkatı və İdman Muzeyi kimi tikintisinə start verilmiş obyektin Gənclər və İdman Nazirliyinin binasına çevrilməsi ilə bağlı tikinti işlərinin yekunlaşdırılması 1 milyon 656 min manata başa gələcək.














