Gənclər “Xərçəng yox, sən güclüsən!” deyərək sosial mesaj ötürürbackend

Gənclər “Xərçəng yox, sən güclüsən!” deyərək sosial mesaj ötürür .

“Cırtdan Pro” tərəfindən Xeyirxah Platformasının (www.xeyirxah.com) da həmçinin tərəfdaşlığı ilə sosial mesaj ötürmək məqsədilə mahnı və klip ərsəyə gətirilib. NJ – Nazpəri Cəfərli sözləri və musiqisi Vüqar Babayevə məxsus olan “Ruh” adlı mahnı ilə “Xərçəng yox, sən güclüsən!” deyərək bu xəstəlikdən əziyyət çəkənləri güclü olmağa çağırır. Klipdə həvəskar aktrisa İzel Cəfərli rol alıb.

Təşkilatçılar diqqət cəlb etmək və bununla da, daha geniş kütləyə sosial mesaj ötürmək üçün hər kəsi mahnı işini sosial media üzərindən paylaşmağa dəvət edir.

Dinləmək üçün: http://bit.ly/38LgN OH

İctimai.az