Gənclər zərərli vərdişlərə yox deyirbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə müvəffəqiyyətlə davam etməkdədir.

Əsas məqsədi Bakı şəhərində gənclər arasında narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq məqsədilə maarifləndirmə kampaniyasının aparılması və bununla da gənclərin sağlam vətəndaş kimi böyüməsini təmin etmək olan layihə çərçivəsində artıq 350-dən çox gənclə görüş keçirilmişdir. Görüşlərdə gənclərin zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsi, onları neqativ əməllərdən çəkindirilməsi, təhsilə, elmə, idmana olan maraqlarının artırılması və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, vətənpərvər ruhda böyüməsi baxımından olduqca əhəmiyyətli məlumatlar verilmiş, gənclərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.

Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmış, maarifləndirici video rolik nümayiş etdirilmişdir.

Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.