Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Qarabağ” Gənclər Birliyinin tərəfdaşlığı ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi tərəfindən “Gənclərin Qarabağ mövzusunda elmi araşdırmaları” adlı 1-ci elmi konfrans uğurla həyata keçirildi.
Layihənin məqsədi gənclərin elmə marağının artırılması və işğaldan azad olunmuş ərazilər haqqında elmi araşdırmaların stimullaşdırılmasıdır. Tədbir çərçivəsində təşkilat komitəsi formalaşdırılıb, iştirakçıların seçimi üçün elektron qeydiyyat anketi hazırlanıb və sosial şəbəkələr, KİV-lər, təhsil müəssisələri vasitəsilə gənclərin cəlbi təmin edilib.
Seçilmiş iştirakçılar iki mərhələli yarışa qatılıblar – birinci mərhələdə elmi təqdimatlar onlayn qəbul olunub, ikinci mərhələdə isə təqdimatlar canlı şəkildə münsiflər qarşısında təqdim edilib. Hər bir iştirakçı Qarabağla bağlı müxtəlif aspektlər üzrə araşdırmalar apararaq təqdimat edib.
Konfransda rəsmi qonaqların və media nümayəndələrinin iştirakı ilə yüksək ictimai maraq təmin olunub. Layihə, gənclərin elmi və milli düşüncə sferasını zənginləşdirən, onların Qarabağ mövzusuna dair məlumatlılığını artıran və elmi fəaliyyətə marağını gücləndirən çox uğurlu bir təşəbbüs olmuşdur.