“Gənclərin sağlamlıq forumları” proqramı  6 ali təhsil müəssisəsini əhatələdibackend

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə redaksiyamıza açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Gənclərin Sağlamlıq Forumları proqramı çərçivəsində Bakı şəhərinin müxtəlif rayonlarında gənclərin iştirakı ilə genişmiqyaslı sağlamlıq forumlarının keçirilməsi, bu forumlar vasitəsilə onların sağlamlıq məsələlərinin müzakirəsini və ictimailəşdirilməsini, habelə müvafiq qurumların diqqətini daima bu məsələyə yönəltməyi və bu sahədə yeni təşəbbüslərin meydana gəlməsinə zəmin yaratdı. Eyni zamanda sözügedən forumlar vasitəsilə gənclərin müxtəlif zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzi yaşamaları və s. istiqamətlərdə maarifləndirici görüşlər həyata keçirilmişdi..

6 Ali təhsil müəssisəsində 15 ekspertin iştirakı ilə keçirilən görüşlər zamanı gənclərə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri haqqında geniş informasiya verilmişdi .