Rumıniyada prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kalin Georgesku öndədir.
RİA Novosti bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir.
Yerli bülletenlərin 100%-nin hesablanması ilə, ilkin məlumatlara görə, Georgesku 26%-dən 28%-ə qədər səs toplayır. Onun mövqeyi Rumıniyanın əsas əyalətlərində möhkəmlənməkdə davam edir. İkinci yerdə 22,8% səslə Rumıniya Sosial Demokrat Partiyasının lideri və ölkənin baş naziri Marsel Çiolaku qərarlaşıb. O, hazırda üçüncü yerdə olan Rumıniyanın Qurtuluşu İttifaqının lideri Elena Laskoni ilə mübarizə aparır.
Xarici seçki məntəqələrində səslərin hesablanması ayrıca aparılır. Əldə olan məlumata görə, Georgesku xaricdə liderlər sırasındadır.
Rumıniyada prezident seçkilərinin ikinci turu dekabrın 8-də keçiriləcək.