Gürcüstanın “Georgian Airways” aviaşirkəti Moskvaya birbaşa reyslərin açılması ilə əlaqədar özünə qarşı təxribat kampaniyasına son qoymağa çağırıb.
RİA Novosti xəbər verir ki, bu barədə aviadaşıyıcının xüsusi bəyanatında deyilir.
“Georgian Airways”in hesabatında qeyd olunur ki, son günlər şirkətə təhqiramiz ifadələr daxil olur.
“Bizi tamamilə haqsız olaraq qəbuledilməz epitetlərlə adlandırırlar” dedi aviaşirkət.

