“Georgian Airways”in 2019-cu ildən bəri ilk reysi Tbilisidən Moskvaya uçub

Gürcüstanın Georgian Airways aviaşirkətinin 2019-cu ildən bəri ilk təyyarəsi Tbilisidən Moskvaya uçub.

Bu barədə RİA Novosti məlumat yayıb.

Aviaşirkət mayın 16-da uçuşa icazə alıb.

Agentliyin məlumatına görə, təyyarə 80% yüklənib. Sərnişinlərdən biri bilet almaqda heç bir çətinlik olmadığını, lakin “Georgian Airways”in mobil tətbiqi olmadığından onu sayt vasitəsilə almalı olduqlarını deyib.

Mayın 19-da Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuşu həyata keçirərək Tbilisi hava limanına enib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər