Gezeravcı kosmosdakı həyatından və orqanizminə təsirindən danışdıbackend

“Kosmosa ilk getdiyimiz vaxtdan bəri bədənimdə əhəmiyyətli dəyişikliklər oldu”.

Bu barədə ilk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadan canlı yayımda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, kosmos mühitini Yer kürəsindən ayıran ən mühüm fərqin cazibə qüvvəsi olmaması və hiss edilən təsirlərin çoxunun da bununla bağlı olduğunu deyib.

“Məsələn, burada, normal olaraq bədənimə paylanmalı olan mayelər, cazibə qüvvəsi olmadığı üçün orqanizmin yuxarı hissələrində toplanır. Ona görə də üz cizgilərim Yerdə olduğundan daha şişkin görünür”, – deyə astronavt qeyd edib.

Onun sözlərinə görə, qravitasiya olmadığından normalda bədən çəkisini daşıyan skelet və əzələ sistemi burada eyni yükü hiss etmir.

“Bu, zaman keçdikcə sümük sıxlığının və əzələ kütləsinin azalmasına səbəb olur. Bu effekti azaltmaq üçün missiyamızın planlaşdırılan qrafiki çərçivəsində xüsusi məşq proqramları həyata keçiririk. Mən hazırda bu təsiri o qədər görməsəm də, uzunmüddətli kosmik missiyalar zamanı bu vəziyyət daha çox hiss olunur”, – deyə o qeyd edib.

Gezeravcı orqanizm mayelərində təzyiqin dəyişməsi səbəbindən bəzi görmə problemləri və immunitet sistemində zəifliklər yarana biləcəyini də vurğulayıb.

Mənbə: İHA