Cəbəllütariq boğazında dənizçilər onları əhatə edən aqressiv qatil balinalardan geri çəkilməli olublar. Bu barədə Daily Mail Online məlumat yayıb.
Avqustun 20-də internetdə Tarifa şəhəri yaxınlığında dənizçilərin qatil balinalara atəş açdığını göstərən video yayılıb. Video heyvan hüquqları müdafiəçiləri arasında böyük rezonansa səbəb olub.
Mənbənin sözlərinə görə, 2020-ci ilin may ayında dəniz canlılarının gəmilərə hücumları daha tez-tez baş verib – o vaxtdan İspaniya və Portuqaliyada yüzlərlə belə insident qeydə alınıb. Oxşar hadisələr nəticəsində 3 yaxta batıb.
Mənbə: Daily Mail













