Gibraltar və İspaniya arasında qaçaqmalçılıq böhranıbackend

Cəbəllütariq İspaniyanı adada hökmranlıq edən Böyük Britaniyanın suverenliyini kobud şəkildə pozmaqda ittiham edib.

33 min əhalisi olan adanın administrasiyası ilə Madrid arasında gərginlik İspan gömrük gəmisinin Cəbəllütariq sahillərində tütün qaçaqmalçılığında şübhəli bilinənləri izləyərkən suya düşməsi ilə pik həddə çatıb.

Təqib zamanı gəmidə olan iki zabitin havaya xəbərdarlıq atəşi açdığı da iddia edilib. İspaniyanın “El Pais” qəzeti qaçaqmalçıların İspaniya səlahiyyətlilərinə “Bu, Cəbəllütariqdir. Bu, sənin işin deyil”, – deyə o bildirib.

Cəbəllütariq baş naziri Fabian Pikardo deyib ki, hadisə Britaniyanın ada üzərində suverenliyinin kobud şəkildə pozulmasıdır.

Mənbə: Haber Global

İctimai.az