Gillette ticarət nişanını Rusiyada qeydiyyatdan keçirdibackend

RİA Novosti agentliyinin Rospatentə (Rusiya Patent İdarəsi) istinadən verdiyi məlumata görə, Amerikanın təraş köpüyü, bıçaqları və dəriyə qulluq məhsulları brendi olan Gillette, Rusiyada ticarət nişanını qeydiyyatdan keçirib.

Müvafiq ərizə idarəyə 2025-ci ilin may ayında təqdim edilib. İdarə qeydiyyat ərizəsini bu ilin mart ayında təsdiqləyib.

Gillette, Rusiyadakı fəaliyyətini 2022-ci ildə dayandıran Amerikanın Procter & Gamble şirkətinə məxsusdur.