“Ginnesin rekordlar kitabı”na düşən, tarixin ən böyük metro faciəsindən 26 il ötürbackend

26 il öncə Bakı metrosunda baş verən yanğın nəticəsində böyük faciə yaşandı.

1995-ci il 28 oktyabr tarixində “Ulduz” və “Nərimanov” stansiyaları arasında qatar tuneldə alışıb. Nəticədə 289 nəfər (16 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 günlük matəm elan edilib. Həmçinin, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunub.

Bu hadisə “Ginnesin rekordlar kitabı”na dünyada ən böyük metro qəzası olaraq düşüb.

İstintaq araşdırmalarına görə, tələfatın böyük olmasına səbəb qatarı idarə edən sürücünün səhvi olub. Belə ki, “maşinist” yanğın başlayan zamanı qatarı tuneldə saxlayıb. İnsanlar təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb.

Qatarı idarə edən “maşinist” və dispetçer 10 il azadlıqdan məhrum edilib.