Google hüquq-mühafizə orqanlarına istifadəçinin geolokasiya məlumatlarını təqdim etməyi dayandıracaq

Amerikanın “Google” texnologiya korporasiyası “Google Maps” xəritə xidmətini yeniləyib. Yeniliklərdən biri Google-un istifadəçilərin məkan tarixçəsi ilə bağlı məlumatları toplamaqdan imtina etməsi olub ki, bu məlumatlar indi şirkətin serverlərində deyil, onların cihazlarında saxlanılacaq. Bu barədə məlumat qurumun rəsmi bloqunda dərc olunub.

Google Bloomberg-in araşdırmasından bir neçə ay sonra geolokasiya məlumatları ilə bağlı siyasətini yenilədi.

Jurnalistlər aşkar ediblər ki, ABŞ polisi cinayət təhqiqatları ilə əlaqədar vətəndaşlardan məkan məlumatlarını və axtarış sorğularını əldə etmək üçün getdikcə daha çox orderlərdən istifadə edir. Eyni zamanda, Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları hətta zorakılıq olmadan qanun pozuntuları hallarında da şəxsi məlumatları tələb edir və bəzən hadisələrlə əlaqəsi olmayan insanlarla maraqlanırlar.

Mənbə: TASS

Oxşar xəbərlər